“Siz nə üçün Xocalı soyqırımından danışmadınız? Həmin soyqırımında azərbaycanlı yaşlılar, uşaqlar məhv ediliblər. Nə üçün Qarabağda törətdiyiniz etnik təmizləmə siyəsətiniz barədə heç nə demirsiniz?". SİA-nın verdiyi məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyana sual verərkən deyib.
"Siz beynəlxalq təşkilatların qərarlarına riayət etmirsiniz. İstər bu təşkilat olsun, istərsə də BMT-nin qətnamələri olsun", - deyə, S.Seyidov vurğulayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB