Azərbaycanın Los-Ancelesdəki baş konsulu Kaliforniyanın Çepmen Universitetində mühazirə söyləyib

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Kaliforniyanın Çepmen Universitetində mühazirə söyləyib

Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov Kaliforniya ştatında yerləşən Çepmen Universitetində (Chapman University) Azərbaycana həsr olunmuş mühazirə ilə çıxış edib. Konsulluqdan SİA-ya verilən məlumata görə, tədbirə universitetin professor, müəllim heyəti və əsasən magistr pilləsində təhsilini davam etdirən tələbələr qatılıb.

 

E. Süleymanov ilk növbədə Azərbaycanın tarixi, geosiyasi mövqeyi, regiondakı aparıcı rolu, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin bölgənin inkişafına təsiri haqqında ətraflı danışıb. O, Azərbaycan dövlətçiliyinin yaranma tarixi və təkamülü, Azərbaycanın iqtisadi inkişafı, son dövrlər həyata keçirilən iqtisadi layihələr, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu barədə də dinləyiciləri məlumatlandırıb.

 

Sonra baş konsul magistr pilləsində təhsilini davam etdirən tələbələrin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə