Hərbi hissə ərazisində baş vermiş cinayət hadisəsinin istintaqı peşəkar hüquqşünaslar tərəfindən aparılacaq

Hərbi hissə ərazisində baş vermiş cinayət hadisəsinin istintaqı peşəkar hüquqşünaslar tərəfindən aparılacaq
Azərbaycan Parlamenti bu günki icalında hərbi hissələrdə tədqiqat işlərinin peşəkar hüquqşünaslar tərəfindən aparılması ilə bağlı bir sıra qanunlara dəyişikliklər edib. SİA-nın verdiyi xəbərə görə, bu məqsədlə "Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə, "Azərbaycan Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi"ndə və "Azərbaycan Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun qəbul olunub.

Layihə ilə bağlı çıxış edən vitse-spiker Ziyafət Əsgərov bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrində tədqiqat işlərini həmin hərbi hissənin hərbi hüquqşünasları tərəfindən aparıldığına görə bəzi hallarda qeyri-peşəkarlıq müşayiət olunurdu. Onun sözlərinə görə, dəyişiklikdən sonra hərbi hissə ərazisində baş vermiş cinayət hadisəsinin istintaqını peşəkar hüquqşünaslar aparacaqlar.

Layihə ilə bağlı çıxış edən millət vəkili Pənah Hüseyn bildirib ki, qəbul olunan dəyişiklik Azərbaycanda hüququn aliliyinin təmin olunmasına şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə