Türkiyə Silahlı Qüvvələri (TSQ) “Zeytun budağı” əməliyyatının 3-cü günündə hərbi əməliyyatlar baxımından inanılmaz rekordlar əldə edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu müddət ərzində 15 kənd və qəsəbə ələ keçirilib, terrorçuların 21 mövqesi tamamilə məhv edilib, 17 gizli mövqeləri dağıdılıb. Nəticədə TSQ bölgənin önəmli ərazisi sayılan Buresya dağını tam nəzarətinə götürüb.
Həmçinin, YPG terrorçularının mağaraları yerlə-bir edilib, həmçinin, 868 metr yüksəkliyində olan dağ 45 dəqiqəyə terrorçulardan təmizlənib.
“Takvim” yazır ki, türkiyəli pilotun terrorçuların mağaralarını vurması zamanı göstərdiyi yüksək pilotaj rekorda imza atıb. Belə ki, uzaq yüksəklikdən terrorçuların dağlıq bölgədəki silah anbarını vura bilmə ehtimalının az olduğunu anlayan türk pilotu həmin əraziyə 20 metr alçaqlığa qədər enib və xüsusi lazer avadanlığı ilə anbarı məhv edib.
Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı PKK terror təşkilatının Suriyadakı qolunu, eləcə də İŞİD terror qruplaşmasını məhv etməyə, Türkiyə ərazilərini təhlükədən müdafiə etməyə yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB