MKİ direktoru: “KXDR ABŞ-a bir neçə aya zərbə endirəcək” ETİRAF
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Şimali Koreyanın (KXDR) ABŞ-a nüvə zərbəsi endirməsi mümkünlüyü bir neçə aya baş verə bilər. SİA xəbər verir ki, CBS telekanalına müsahibəsində Pompeodan Şimali Koreyanın lideri Kim Çen Inın bu addımını ata bilməsi ehtimalı barədə sual verilib və o da “bir neçə aya” cavabı ilə kifayətlənib.
Aparıcı Pompeoya xatırladıb ki, o, bir neçə ay öncə də bənzər proqnozlarla çıxış etmişdi. “Bəli, bu elədir. Mən demək istərdim ki, mövcud andan başlayaraq, söhbət bir ildən gedir. ABŞ rəhbərliyi vaxtı uzatmaq üçün əzmlə çalışır”, - deyə MKİ-nin direktoru bildirib.
O, həmçinin bildirib ki, ABŞ KXDR-ə qarşı BMT sanksiyalarının tətbiq olunmasın üçün Rusiya Federasiyası və Çin hökumətlərinə “bel bağlayır”.
Xatırladaq ki, KXDR 2017-ci ildə sayca altı dəfə nüvə raketi sınaqları keçirib. BMT TŞ isə rəsmi Pxenyana qarşı sanksiyaları üç dəfə gücləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB