20 Yanvar şəhidlərinin əziz ruhları məhz uğrunda canlarını qurban verdikləri müstəqil Azərbaycanda ən dərin ehtiramla anılmaqdadır. Ümumiyyətlə, bu gün Bakının ən uca zirvəsində olan “Şəhidlər Xiyabanı” kimi nəhəng bir komplekksin mövcudluğu həm də müstəqil Azərbaycan tarixinin canlı yaddaşıdır. Hətta kənardan keçən insanlar bir anlıq olsa belə, bu tarixi xatırlayır, şəəhidlər barədə düşünür.
Lakin təəssüf ki, bəzi hallarda ya bu tarixi unudanlar, ya da bu tarix üzərində müəyyən maraqlarını realaşdırmağa cəhd edən bəzi fərdlər də tapılır. Belə fərdlərdən bir balaca, fakir bildirmək yerinə düşərdi…
Yenə ucuz şou, yenə artistlik, yenə də naxələflik!
Sirr deyil ki, hər ilin bu günü hələ də özlərini siyasi arenada “əsas siyasətçi” kimi sırımağa çalışanlar var və hər ilin bu günü onlar nəyisə “sübuta yetirməyə” çalışırlar. Hətta bir az da irəliyə gedərək, ən ucuz reaklamlarla məşğul olurlar. Götürək, özlərini “ana müxalifət” deyə adlandıran “lidercikləri”. AXCP sədri Əli Kərimli, onun siyasi nökərinə çevrilmiş “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı hər biri ayrı-ayrılıqda və xalqıın şərəf tarixi günündə sözün həqiqi mənasında şuluqluq salmağa səy göstərdilər. Nədir ki, on minlərlə xalqımız “Şəhidlər Xiyabanı”na doğru üz tutarkən, bunların ora daxil olması 5-10 dəqiqə ləngiyib. Məhz bu amili əllərində bayraq edən həmin siyasətbazlar dərhal hakimiyyətin onların yürüşlərinə “əngəl” törətdiklərini sosial şəbəkələrdə, əllərində olan sarı mətbuatlarında işıqlandırmağa çalışdılar (?!).
Məsələn, şəhidlərimizin anım günündə də Əli Kərimli əməlli başlı şou göstərirdi. Ardınca, Cəmil Həsənli, onun da arınca Arif Hacılı…
Bir gün bu kimi ucuzluqlarına görə də cavab verməli olacaqlar...
Daha bir maraqlı məqam isə bu artist-şoumenlərin xalqın gözünün içinə qədər yalan danışmalarıdır bunların. Gəlin, həmin mənzərəni bir daha təsəvvürümüzdə canlandıraq. Bu gün hər kəs yaxşı bilir ki, insanlar nəhəng kütlə şəklində oraya axışır, polis qüvvələrimiz isə təhlükəsizliyi təmin etmək məqsədi ilə insanları bir neçə dəqiqədən bir, yəni növbə ilə buraxır. Çox yəqin ki, Əli Kərimli də o biri haray-şivənçi şoumenlər də anlayırlar ki, bu qədər böyük kütləni eyni anda bir nöqtəyə doğru hərəkət etdirmək çox təhlükəlidir. Xüsusilə, balaca uşaqların, xanımların, yaşlı nəslin nümayəndələrinin belə bir sıxlıqda qorunmasına zərurət yaranır. Elə isə bu siyasi gədanın, həmçinin digər siyasi gədaların (çünki xalqın şərəf və hüzn günündə belə edənlərə başqa ad da vermək olmur!-R.) xiyabandan keçəcəklərini bilə-bilə şoumenlik göstərmələri artıq həddini aşmaq deməkdir! Onlar sadəcə, növbəti dəfə şəhidlərimizin ruhlarını öz siyasi, əxlaqsız dividentləri xətrinə təhqir etdilər. Yəqin ki, bir gün bu kimi ucuzluqlarına görə də cavab verməli olacaqlar...
RÖVŞƏN
P.S. Bu həmin Əli Kərimlidir ki, 20 Yanvar şəhidlərinin daha öncəki anım illərinin birində fotoşopla arxasınca guya minlərlə insanın “getdiyini” sosial şəbəkədə sərgiləməyə çalışmışdı. Ancaq ifşa olunduqdan sonra həmin şəkli silməyə məcbur qalmışdı...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB