NATO baş katibinin müavini Türkiyədə səfərdədir

NATO baş katibinin müavini Türkiyədə səfərdədir

NATO baş katibinin müavini Rouz Qottemüller Ankarada səfərdədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarının başlamasından sonra NATO rəsmilərinin ölkəyə ilk səfəridir.

R.Qottemüller Türkiyə Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə