Ramiz Həsənov: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki komitələrin yaradılması işini davam etdirir”- Açıqlama
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki komitələrin yaradılması işini davam etdirir. Artıq bir neçə istiqamət üzrə belə komitələr yaradılıb və fəaliyyət göstərir".
SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncədə səfərdə olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov məlumat verib.
"Artıq Mədəniyyət və Turizm Nazirliyi ilə birgə turizmin standartının təmin edilməsi ilə bağlı texniki komitə yaradılıb. Bundan əlavə ərzaq və neft məhsulları üzrə texniki komitələr yaradılıb. Sözügedən sahə üzrə qeyri-hökumət təşkilatlarına (QHT), digər dövlət qurumlarına birgə texniki komitələrin yaradılması təklif edilib və bu istiqamətdə əlavə işlər aparılır", deyə Ramiz Həsənov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB