® YAP Sədrinin müavini-İcra katibi, deputatlığa namizəd Əli Əhmədov seçicilərlə görüşüb

® YAP Sədrinin müavini-İcra katibi, deputatlığa namizəd Əli Əhmədov seçicilərlə görüşüb

YAP Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Əli Əhmədov rayonun Təbriz küçəsi-100 ünvanında seçicilərlə görüş keçirib.

SİA-nın məlumatına görə, ötən beş il ərzində deputat kimi fəaliyyəti haqqında ümumi məlumat verən Əli Əhmədov bu müddət ərzində seçicilərin etimadını doğrultmağa çalışdığını vurğulayıb. O, bildirib ki, beş ildə Nərimanov rayonunda bir çox məsələlərin həllinə nail olunub.

Noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini deyən YAP Sədrinin müavini bu seçkilərin azad və demokratik keçirilməsi üçün bütün imkanların yaradıldığını vurğulayıb. Seçkilərin ölkənin siyasi həyatında vacib rol oynadığını vurğulayan Əli Əhmədov görüş iştirakçılarını parlament seçkilərində düzgün seçim etməyə çağırıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini deyən deputatlığa namizəd YAP-ın da fəaliyyətinin xalqın maraqlarına əsaslandığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə