Xalq üsyana hazırlaşır
Ermənistanda bütün məhsullarda baş verən qiymət artımı yoxsul və səfalət içində yaşayan xalqı hövsələdən çıxarıb. Səbiri tükənən xalq artıq küçələrə axışmağa hazır olduğunu müxtəlif vasitələrlə sərgiləməkdədir. Həmçinin, Ermənistanın müxalifət cinahı bu və ya digər şəkildə hakimiyyətlə qarşıdurmalara hazırlamaqdadır. Bununla bağlı aşağıdakı faktlar da deyir...
“Qazın qiyməti 17 dram artıb, ancaq qzdoldurma məntəqələrində onu 20-30 dram baha qiymətə satırlar, bu isə növbəti dəfə belə qənaətə gəlməyə səbəb olur ki, sahibkar subyektləri qazı baha qiymətlə almaqla yanaşı, daha baha qiymətə satırlar, halbuki bu qədər bahaya satmaya da bilərlər. Ümumilikdə deyə bilərik ki, bütün bunların qarşısının alınması istiqamətində dövlət heç bir addım atmır”.
QHTa sədri Babken Pipoyan ölkədə sosial qiyamın yetişdiyini və hakimiyyətin buna etinasız yanaşdığını deyərək, vəziyyətin heç də yaxşıya doğru getmədiyini vurğulayıb
SİA-nın məlumatına görə, 1in.am saytına Ermənistanın “İnformasiyalı və müdafiə olunan istehlakçı” QHT-nin sədri Babken Pipoyan son günlər ölkəsində qaz və benzinin, eləcə də dizel yanacağının qiymətinin bir neçə dəfə artmasına münasibətini açıqlayarkən deyib ki, vəziyyət kritik həddə qədər inkişaf edib. Jurnalistin qiymət artımı sayəsində sərnişin nəqliyyatının və taksilərinin də qiymətlərinin artması ehtimalının nə qədər yüksək olması barədə sualını da cavablandıran QHT sədrinə görə, əgər bu baş verərsə, onlar özləri-özlərinin bizneslərini “öldürə” bilərlər. Bu baxımdan, nəqliyyat məcburi şəkildə köhnə qiymətlərdə qalmalı olacaq. Belə ki, əks halda insanlar onlardan istifadə etməyəcəklər. “Taksi sürücüləri və sərnişin daşıyan nəqliyyatlar bunu yaxşı başa düşürlər”-B.Pipoyan bildirib.
Lakin erməni QHT sədri cari ildə istər-istəməz bu sahədə qiymətlərin tədricən qalxacağını da istisna etməyib. Pipoyan ölkədə sosial qiyamın yetişdiyini və hakimiyyətin buna etinasız yanaşdığını deyərək, vəziyyətin heç də yaxşıya doğru getmədiyini vurğulayıb.
Analikik Musa Mikaelyan hesab edir ki, hətta qiymətlər artmasaydı və aşağı olsaydı, ölkədə problemlər qalmaqda davam edəcəkdi
Adıçəkilən saytın siyasi şərhçisi Musa Mikaelyan isə sözügedən mövzuda yazdığı analitikasında bildirir ki, ilin əvvəlindən artmağa başlayan və davamlı tendensiya ilə müşahidə olunan qiymətlər ictimai-siyasi baxışı iqtisadi problemlərə doğru yönəldib. “Bu mövzuya nəinki müxalifət, o cümlədən hakimiyyət də müraciət edir. “Yelk” bloku yürüşə hazırlaşır, hakimiyyət isə qiymətlərin artması baxımından yumşaldıcı addımlar atacağını deyir”-deyə qeyd edən analitik əlavə edib ki, müxalifətin etiraz aksiyalarına başlamasınmı alqışlamaq olar, ancaq hakimiyyətin də yümşaldıcı addımlara getməsini də nəzərə alarsaq, indidən hansının qələbə qazanacağını proqnozlaşdırmaq mümkün deyil.
Analitik hesab edir ki, hətta qiymətlər artmasaydı və aşağı olsaydı, ölkədə problemlər qalmaqda davam edəcəkdi. Belə ki, Ermənistan hakimiyyətinin iqtisadi siyasəti başdan-ayağa qədər uğursuzluqlarla əhatə olunub. O cümlədən, hakimiyyət yumşaldıcı manevrlər etsə belə, bu, sadəcə vaxt udmağa hesablanmış addım olaraq qiymətləndirilə bilər.
“Talana yox” hərəkatının fəalı Artuş Çibuxçanyan: ““Purjin kifayət qədər sıxılıb və açıla bilər, bu baxımdan, onun üzərindən basanlar üçün çox pis olacaq”
Bu arada “Talana yox” hərəkatının fəalı Artuş Çibuxçyan ölkədə növbəti qiyamın baş qaldırması ehtimalı ətrafında 1in.am-a verdiyi açıqlamasında deyib ki, əgər insanların bu dəfə də ayağa qalxmayacağını düşünənlər varsa, bu fikir başdan-ayağa doğru deyil. Çünki hakimiyyət davamlı olaraq narazı xalqı dalana sıxışdıra bilməz. “Purjin kifayət qədər sıxılıb və açıla bilər, bu baxımdan, onun üzərindən basanlar üçün çox pis olacaq”-deyə hakimiyyətlə təhdid dilində danışmağın tərəfdarı olduğunu deyən müxalifətçi fəal onu da bildirib ki, sosial narazılar kütləsi üzərində qurulmuş hərəkat hakimiyyət üçün daha təhlükəli ola bilər: “Bu hərəkat istənilən vaxt formalaşdırıla bilər, çünki bizim ölkədə vətəndaş cəmiyyəti kifayət qədər uzun yol qət edib və göstərib ki, əgər bütün siyasi güclər öz qüvvələrini tükədiblərsə, hər an, lazımi vaxtlarda özünütəşkil səviyyəsində öndə tuta bilər”.
Artuş Çibuxçyana görə, ssosial şəbəkələrdəki narazılıqdan reallığa keçid etmək çətin proses olsa da mümkün olan bir haldır.
Beləliklə, vəziyyətin kritik həddə çatması Ermənistanın həqiqətlərini daha da üzə çıxarır. Bu isə qiyamın baş qaldırması faktını tam şəkildə sübuta yetirmiş olur. Hətta belə hesab etmək mümkündür ki, artıq qiyama start verilib, sadəcə qalır insanların küçələrə axışaraq hakimiyyətə qarşı sərt mövqeyini ortaya qoymasına ki, bu proses özü-özülüyündə inkişaf mərhələsinin son pilləsindədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB