İranlı nazir Moskvaya səfər edəcək

İranlı nazir Moskvaya səfər edəcək

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səfər çərçivəsində M.C.Zərifin rusiyalı həmkarı Sergey Lavrovla nüvə sazişi də daxil olmaqla, müxtəlif məsələlər ətrafında siyasi məsləhətləşmələr keçirəcəyi gözlənilir.

Yanvarın 11-də isə M.C.Zərifin Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin dəvəti ilə Brüsselə səfəri nəzərdə tutulub. Səfər zamanı M.C.Zərifin almaniyalı, fransalı və britaniyalı həmkarları ilə nüvə sazişi ətrafında son vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə