İskəndəryan: "ATƏT-in Minsk qrupu DQ-nın həllinə cəhd göstərmir" MÖVQE

İskəndəryan: "ATƏT-in Minsk qrupu DQ-nın həllinə cəhd göstərmir" MÖVQE

"2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsbət, nə də mənfi mənada heç bir dəyişiklik gözləməyə dəyməz". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan deyib.

Onun fikrincə, hazırda danışıqlar prosesinin irəliləməsi üçün heç bir əsas yoxdur: "Əlbəttə ki, təmas xəttində gərginlik davam etsə də, yeni müharibə gözlənilmir".

Münaqişənin həlli istiqamətində dinamikanın yüksəlmək ehtimalını istisna etməyən politoloq genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac olmadığını dilə gətirib.

İskəndəryan qeyd edib ki, 2018-c ildə Dağlıq Qarabağ münaqişəsinin həllini gözləməyə dəyməz, çünki bunun üçün qarşıda ilkin şərt yoxdur.

Eyni zamanda ekspert artıq uzun müddətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişəni həll etmək üçün heç bir cəhd göstərmədiklərini, onlar yalnız təmas xəttində tərəflərin arasında gərginlik səviyyəsini azaltmağa və qarşılıqlı etimad mühitini yaratmağa çalışdıqlarını vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə