Samuxun Füzuli kəndinə mavi yanacaq verilib

Samuxun Füzuli kəndinə mavi yanacaq verilib

18 illik fasilədən sonra Samux rayonunun Füzuli kəndinə mavi yanacaq verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, qaz xəttinin istifadəyə verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibəti ilə təbrik edib.

Xüsusi olaraq vurğulanıb ki, 1992-ci ildən bu yana kəndə mavi yanacağın verilişi dayandırılıb.

Qeyd edək ki, bu, rayonda qazlaşdırılan sayca 27-ci kənddir. İndi mavi yanacaqdan istər kənd sakilnləri, istərsə də təsərrüfat sahibləri istifadə edə biləcəklər.

Xatırladaq ki, hazırda Samux rayonu üzrə 11 min 920 abonent mavi yanacaqdan istifadə edir. Yeni qaz xəttinin istifadəyə verilməsi ilə bu rəqəm 12 minə çatacaq. Yeni ilə kimi isə rayonun 100 % qazla təminatı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə