BP borcunu ödəmək üçün enerji əmlakının bir hissəsini satıb

BP borcunu ödəmək üçün enerji əmlakının bir hissəsini satıb

BP nef şirkəti Venesuela və Vyetnamda enerji əmlakını Rusiya ilə birgə müəssisəyə 1.8 milyard dollara satmağa razılaşıb. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, bu BP-nin Meksika Körfəzində baş verən nəhəng neft axınına görə ABŞ-a 30 milyard dollar borcu ödəmək üçün neft qurğularının satışı kampaniyasında atdığı növbəti addımlardan biridir.

BP artıq Misir, Kanada, ABŞ və Kolumbiyadakı bizneslərinin bir hissəsini satıb. Sonuncu alıcı Rusiyanın üçüncü ən böyük neft şirkəti olan və BP ilə Rusiya investorlarını özündə birləşdirən, TNK-BP şirkətidir. Satış tənzimləyicinin təsdiqini almalıdır və sövdələşmə gələn il başa çatmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə