BQXK: “Hər iki tərəfdə olan meyitlərin dəyişdirilməsi ilə bağlı danışıqlar gedir”
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun və leytinant Fərid Əhmədovun cəsədinin dəyişdirilməsi ilə bağlı danışıqlar davam edir. Bunu SİA-ya açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi həm Azərbaycan, həm də Ermənistanda olan meyitlərin dəyişdirilməsinə yardım etmək təklifini də edib: "Hər iki tərəfdə olan cəsədlərin dəyişdirilməsi ilə bağlı danışıqlar gedir".
"Meyitlərin geri qaytarılması qısa vaxt ərzində baş verə bilərmi?" sualına cavab verərkən BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri "Meyitlərin qısa müddət ərzində geri qaytarılması tərəflərin göstərdiyi mövqedən asılıdır", - deyə bildirib.
Qeyd edək ki, hər iki hərbçimiz Qarabağ bölgəsində Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olublar. Lakin hər iki meyit hələ də erməni tərəfində saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB