Müdafiə Nazirliyinin və İRƏLİ İctimai Birliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə görüş keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Mirhəsən Seyidovun rəhbərliyi ilə İRƏLİ İctimai Birliyinin nümayəndələri Beyləqan Qarnizounun N saylı hərbi hissəsində olublar.
Qonaqlar öncə Aprel şəhidlərinin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra hərbi hissədə şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olan qonaqlar əsgərlərlə birlikdə nahar edib. Tədbirin sonunda hərbi xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya İRƏLİ İctimai Birliyinin rəhbərliyi adından fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB