Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında peşə hazırlığının yüksəldilməsi, müəyyən olunmuş normativlərə riayət edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq sıra baxışları keçirilir, xüsusi texnikanın saxlanma şəraiti yoxlanılır.
SİA-nın verdiyi məlumata görə, bu məqsədlə xidmətin rəis müavinləri - ədliyyə polkovniki Oqtay Məmmədov və ədliyyə polkovniki Məhərrəm Qafarovun iştirakı ilə Konvoy taborunun balansında olan xüsusi texnikanın saxlanma qaydası yoxlanılıb, texnikadan istifadənin ümumi vəziyyəti qiymətləndirilib, çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB