Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva Türkiyənin İstanbul şəhərinə səfər ediblər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə,
millət vəkilləri Türkiyənin Liv Hospital Xəstəxanaları Qrupu və İstinye Universitetinin birlikdə təşkil etdikləri “Kök hüceyrələrinin tibdə tətbiqi” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Deputatlarımız, eyni zamanda, icbari tibbi sığortanın tətbiqi və işləmə mexanizmləri sahəsində Türkiyənin təcrübəsi və əldə olunan nailiyyətlərlə yaxından tanış olacaqlar.
Səfər dekabrın 28-də başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB