Ziyafət Əsgərov: " Gələn il seçkilər çox yüksək səviyyədə keçəcək"

Ziyafət Əsgərov: " Gələn il seçkilər çox yüksək səviyyədə keçəcək"

"Azərbaycanda gələn il prezident seçkiləri çox yüksək səviyyədə, daxili siyasi sabitliyi qorumaq şəraitində keçəcək". SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov jurnalistlərə verdiyi açıqlamasında deyib. "Hazırda bütün dünya təhdid içərisindədir. Təhdid indiyə qədər olub, bundan sonra da ola bilər. Amma şükürlər olsun ki, bizim təhlükəsizlik orqanları bu işdə çox ayıqdırlar. Baş verə biləcək təhdidlərin qarşısını vaxtında alırlar. Bundan sonra da belə olacaq"- deyə, Z.Əsgərov əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə