Rusiya prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla BMT BAş Assambleyasında Qüdsün statusu ilə bağlı qəbul olunan qətnaməni müzakirə ediblər. SİA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normalarına və Fələstin xalqının müstəqil dövlət qurma hüququnun həyata keçirilməsi ilə əlaqədar problemin həllinə töhfə verməkdə davam edəcəklərini müzakirə ediblər.
Suriyadakı vəziyyəti inkişaf etdirmək üçün hərtərəfli fikir mübadiləsi aparılıb.
Prezidentlər ümid ediblər ki, bu günlərdə Astanada keçiriləcək Suriya ilə bağlı 8-ci Beynəlxalq görüşdə Soçidə keçirilməsi nəzərdə tutulan Suriya Milli Dialoqunun qurultayının konkret aspektləri ilə razılaşmaq mümkün olacaq.
Müzakirələrdə bütün sahələrdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsinin aktual məsələlərə toxunulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB