Avropa Ermənistandan siyasi məhbusların azadlığa buraxılmasını tələb edir
Helsinkidə Avropa Liberal Demokratlar və İslahatçılar Partiyasının qurultayında siyasi məhbuslarla bağlı qətnamə qəbul edilib. SİA "ArmeniaToday" agentliyinə istinadən xəbər verir ki, sənədi Erməni Ümummilli Hərəkatı təqdim edib. Sənədə 38 Avropa ölkəsini təmsil edən 700 nümayəndə yekdilliklə səs verib. Qətnamədə Avropa Şurasının üzvü olan Ermənistandan siyasi məhbusların azadlığa buraxılması tələb edilir.
Qətnamədə bildirilir ki, Ermənistanda siyasi məhbusların olması sübuta yetirilmiş faktdır və bu fakt bir çox beynəlxalq sənəd, hesabat və bəyanatlarda yer alıb. Avropa Partiyası rəsmi İrəvanın çoxsaylı müraciətlərə baxmayaraq siyasi məhbusları hələ də həbsdə saxlamasını pisləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB