Həmsədrlərdən “səbr” bəyanatı ŞƏRH

Həmsədrlərdən “səbr” bəyanatı ŞƏRH

Məlum oldğu kimi, ATƏT-in Misnk Qurupunun Vyanada Nazirlər Şurasının nümayəndə heyyətinin rəhbərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti bəyanat yayıb. Rusiya xarici işlər naziri Serqey Lavrov, ABŞ-dövlət katibi Reks Tilerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın birgə yaydıqları bəyanatda münaqişə tərəfləri kompramisə dəvət olunur və belə desək, sanki Azəraycandan növbəti dəfə səbr etməsi istənilir.

Yəni sənədin daha öncəki bənzlərlərindən fərqi yoxdur. İndiki halda Minsk üçlüyü sadəcə cəhbədə baş verə biləcək eslakasiyadan narahatdır. Bu baxımdan son Vyana bəyanatında da Azərbaycan və Ermənistana mümkün hərbi toqquşmalardan çəkinmək tövsiyyə olunub. Əslində Vyana görüşündən Azərbaycan cəmiyyətinin heç nə gözləmədiyi dəqiq idi.

Təcrübə göstərib ki, hər zaman ikili yanaşma yürüdən həmsədrlərdən obyektiv mövqəy ortaya qoyulmayıb və Avstriyanın paytaxtındakı danışıqlardan da qeyri-adi nəticə gözləməyə dəyməz. Nazirlər Şurasının toplantısı sadəcə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti dəfə bir araya gəlməsi ilə yadda qadı ki, əldə olunan nəticədə Nalbadyana Məmmədyarovun müzakirələri davam etdirmək istəkləri idi. Düzdür həmsədrlərin bəyanatında sülh çağrışları və qulağa xoş gələn kifayyət qədər xüsusi seçilən cümlələr yer alıb. Lakin reallıq ondan ibarətdir ki, bununla bölgədə sülhə nail olmaq mümkün deyil. Əksinə münaqişəyə qeyri adekvat baxış tərzi, ikili yanaşma prinsipi regionda hərbi vəziyyəti daha da artıra bilər.

Azərbaycan tərəfi işğala məruz qalan ölkə kimi işğalçının əməldə cəzalandırılmasını tələb edir. Lakin Rusiya başda olmaqla həmsədr dövlətlər hər vəchlə "status-kvo"nu saxlamağa çalışır. Bu gün Ermənistanın danışıqlar prossesinə “öz müqəddəratını təyin etmə” prinsipini sırımağa cəhd göstərməsi də məhz cənab həmsədərlərin “hümanizimninin” qarşılığıdır. Dipomatik qaçış, söz oyunu ilə vaxt udma siyasəti də məhz işğalçının maraqlarına xidmət edir. Görünür həmsədrlər təmas xəttindəki vəziyyətin ciddiliyini tam olaraq dərk edə bilməyib. Azərbaycan illərdir Ermənistanı iqtisadi məngənədə sıxmaqla öz ərazilərini işğaldan azad etməyə çalışır. Ancaq bu strategiya hər an dəyişə bilər. Necə ki, aprel hadisələrində dünya ictimaiyyəti Bakının anti-terror əməliyyatlarının şahidi oldu. Bu baxımdan boş-boş bəyanatlar səsləndirməkdənsə işğalçıya təzyiq edərək ən azından Azərbaycan torpaqlarının bir hissəsini qaytarmaq olar.

Belə olan halda Azərbaycan cəmiyyəti də həmsədrlərin səmimiyyətinə az da olsa inanar. İndiki vəziyyətdə isə bu baş vermir. Azərbaycanda bir, Ermənistanda başqa ifadələr işlətməklə müharibə abu-havasını neytrallaşdırmaq məntiqi gülünc siyasi manevirdir. Həmsədrlər məhz bu siyasi xətt üzrə hərəkət edir. Necə ki, Lavrovun Bakıda dedikləri ilə İrəvandakı fikirlərinin üst-üstə düşmədiyi kimi.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə