ABŞ-da ermənilərin qurduğu böyük cinayətkar şəbəkəsi aşkarlanıb. SİA-nın verdiyi məlumata görə, Armen Kazaryanın başçılıq etdiyi cinayət şəbəkəsi tibbi sığortalarla bağlı dələduzluqda ittiham edilir.
Qrupun "Medicare" tibbi sığorta fondundan 163 milyon dollar mənimsədiyi bildirilir. Sığorta ödənişləri əldə etmək istəyən qrup üzvləri guya xəstələrin müalicə olunduğunu bildiriblər, əslində mövcud olmayan tibbi klinikalar şəbəkəsi yaradıblar. Kaliforniyada yaşayan 46 yaşlı A.Kazaryan girov qarşılığında azadlığa çıxmaq istəsə də buna nail ola bilməyib.
Ümumilikdə cinayət şəbəkəsinin 73 üzvü həbs edilib. Onların əksəriyyəti Nyu-Yorkda və Los-Ancelesdə, digərləri isə Nyu-Meksika, Corciya və Ohayo ştatlarında ələ keçirilib. Şəbəkənin ehtimal edilən digər iki rəhbəri, 34 yaşlı David Mirzoyan və 34 yaşlı Robert Tercanyan da tutulub. Cinayət şəbəkəsi həmçinin bank fırıldaqçılığında, çirkli pulların yuyulmasında, oğurlanmış kredit kartlarından istifadədə, siqaret qaçaqmalçılığında, saxta "Viagra" ticarət markasından istifadədə ittiham olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB