İştahlı Ayvazyan namizədliyinin qeydə alınmasını gözləyir

İştahlı Ayvazyan namizədliyinin qeydə alınmasını gözləyir
Bu günə kimi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Parlament seçkiləri üçün 640 nəfərin namizədliyini qeydə alıb. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Azərbaycan erməniləri Assambleyasının sədri hazırda Ermənistanda yaşayan Qriqori Ayvazyan seçkilərdə iştirak etmək barədə sənədlərini artıq Azərbaycana göndərdiyini bildirib. Onun sözlərinə görə, sənədlər Vyanadan göndərilib: "Hazırda cavab gözləyirəm. Qeydiyyatdan keçən kimi dərhal Bakıya uçacam".
Avazyan Azərbaycandan qaçmış milyonlarla erməni qaçqınları özünün seçiciləri hesab edir. Çox böyük ehtimal ki, o onların seçki hüquqlarının olub-olmadığını dəqiqləşdirməyib. Seçkiqabağı kampaniya zamanı o öz seçicilərinin maraqlarının müdafiə edilməsini tələb edəcək.
"Əgər mənim namizədliyimi qeydə almasalar, mən seçkilərin nəticəsinin etibarsız hesab edilməsini tələb edəcəyəm",- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə