Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana səfər edəcək. SİA-nın xəbərinə görə, E. Məmmədyarovun səfər çərçivəsində Gürcüstan prezidenti Mixael Saakaşvili, baş nazir Nika Gilauri, xarici işlər naziri Qriqol Vaşadze və parlamentin vitse-spikeri Mixail Maçavarian ilə görüşü planlaşdırılıb.
Görüşlərdə Gürcüstan-Azərbaycan ikitərəfli və hərtərəfli əlaqələr və iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsi istiqamətində görülməsi vacib olan məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB