Musa Quliyev: “Beynəlxalq tədbirlər ölkəmizin nüfuzunu ucaldır” AÇIQLAMA

Musa Quliyev: “Beynəlxalq tədbirlər ölkəmizin nüfuzunu ucaldır” AÇIQLAMA

“Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda 7-ci Nazirlər Konfransı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq siyasətin, mədəniyyətin iqtisadiyyatın, münasibətlərin və hümanitar sahədə əlaqələrin mərkəzinə çevrilib. Təkcə regionun yox ümumiyyətlə dünyanın bir çox dövlətlərinin marağı olan bir dövlətə çevrilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, dünyada İslam fobiyası, terror təhlükələri, qorxular, mədəniyyətlərarası, dinlərarası çatların dərinləşdiyi bir dövrdə Azərbaycanın bu kimi tədbirlərə ev sahibliyi etməsi bütövlükdə ölkəmizin, bəşəriyyətin xidməti kimi qiymtləndirilməlidir və belə də qiymətləndirilir: “Azərbaycanın iki il öncə “Multikulturalizm ili” elan etməsi, daha sonra “İslam Həmrəyliyi ili”nin elan olunması və İslam Oyunlarının keçirilməsi, bu il isə Asiyanın Qəlbi – İstanbul Prosesi" sammitinin keçirilməsi və digər hümanitar, idman, iqtisadi, siyasi, turizm tədbirlərinin keçirilməsi bir tərəfdən dünyanın müxtəlif dövlətlərində yaşayan müxtəlif dinlərə, mədəniyyətlərə məxsus insanları ölkəmizə cəlb edir və onların maraq dairəsinə çevrilir, digər tərəfdən isə dünyaya bir həmrəylik, dostluq, sülh və mədəniyyətlərarası dialoq və tolerantlıq ifadələrinin görüşlərini yayır. Bu mənada "Asiyanın Qəlbi – İstanbul Prosesi" sammitində iştirak edən dövlətlərin hamısı həm Azərbaycanın iqtisadi, sosial, siyasi uğurlarını gördülər və yüksək qiymətləndirdilər, eyni zamanda onlar da bu forumlara qatılmaqla Azərbaycanın mədəniyyətinə yeni bir rəng qatmış olurlar.

Həmçinin belə tədbirlər xalq diplomatiyası kimi ölkəmizin xalqları arasında münasibətləri yaxşılaşdırır və ölkəmizin nüfuzunu ucaldır. Bu tədbirdə iştirak edən siyasi xadimlər, dövlət adamları, eyni zamanda mədəniyyət, incəsənət, elm adamları da öz töhfələrini ölkəmiz üçün vermiş olurlar. Bu tədbirlərin əhəmiyyəti bir də ondan ibarətdir ki, artıq Azərbaycanı dünyanın hümanist, tolerantlıq mərkəzi kimi tanıyırlar. Eyni zamanda Qarabağ probleminin həllində də bu tədbirlər öz müsbət təsirini göstərir. Bu mənada ki, artıq onlar Azərbaycan xalqının necə bir tolerant xalq olduğunu gördülər və ermənilərin “biz azərbaycanlılarla bir yerdə yaşaya bilmirik” şüarlarının da yalançı olduğunu dünyaya sübut etmiş oldular”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə