AŞPA-nın mədəniyyət komitəsinin iclası keçiriləcək

AŞPA-nın mədəniyyət komitəsinin iclası keçiriləcək

Dekabrın 4-dən 6-dək Avropa Şurası Parlament Assambleyasının mədəniyyət komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək.

Parlamentin mətbuat xidmətinin məlumatında deyilir ki, iclasda Avropada milli azlıqların dillərinin və regional dillərin qorunması, mədəni irs elementlərinin ticarətinə qarşı mübarizə, Avropada jurnalistlərin statusu, medianın güclənməsində və müstəqil fəaliyyətində milli parlamentlərin rolu və digər mövzularda müzakirələr aparılacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə