Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan səfərinin tarixi açıqlanıb. Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata görə, səfər dekabrın 7-8-də baş tutacaq. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində Ərdoğan Yunanıstanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlər zamanı iki ölkə arasında əsasən iqtisadi və siyasi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Ərdoğan 65 il sonra Yunanıstana səfər etmiş ilk Türkiyə prezidenti olacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB