Siyasi şərhçi: “Erməni separatçılarının canı qorxuya düşüb”

Siyasi şərhçi: “Erməni separatçılarının canı qorxuya düşüb”

“Ermənistan prezidenti Serj Sərkisyanın qəfil Dağlıq Qarabağa gələrək hərbi formada yerli separatçılarla müşavirə keçirməsini necə oxumaq lazımdır?”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, son bir ayda başqa Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının Brüssel sammiti və Qara Dəniz Əməkdaşlıq Təşkilatının Kiyevdəki toplantısı olmaqla bir çox mötəbər tədbirdə qəbul olunan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı vurğulanıb: “Üstəgəl Türkiyənin Qarabağ istiqamətində fəallaşması, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Putinlə bu mövzuda danışması və həmsədrlərin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankarada hüzuruna getmələri erməni separatçılarının canına qorxu salıb. Azərbaycan ordusunun növbəti həmləsinin qarşısını almaq üçün preventiv addımlar haqqında planlar çızırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə