ATƏT-in qiymətləndirici missiyası gələn il Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmayan ərazilərinə səfər edəcək

ATƏT-in qiymətləndirici missiyası gələn il Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmayan ərazilərinə səfər edəcək

ATƏT-in qiymətləndirici missiyası gələn il Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmayan ərazilərinə səfər edəcək. SİA-nın verdiyi xəbərə görə, bunu separatçıların liderinin mətbuat xidmətinin rəhbəri David Babayan bildirib. Onun sözlərinə görə, səfərin vaxtı dəqiq bəlli olmasa da, səfərin 2011-ci ildə baş tutacağı gözlənilir: "Bəzi texniki və siyasi məsələlər var ki, həll olunmalıdır. Fikrimcə bu məsələlər həll olunduqdan sonra səfər baş tutacaq".

 

D.Babayan həmçinin ATƏT-in Minsk qrupunun qiymətləndirici missiyasının Dağlıq Qarabağ ətrafındakı rayonlara səfərinə də münasibət bildirib. O, qeyd edib ki, qiymətləndirici missiya Dağlıq Qarabağ ətrafındakı rayonlarda yaşayan insanların həyat tərzi ilə yaxından tanış olublar: "Bizim narahat olmağa heç bir əsasımız yoxdur. Onlar hər şeyi öz gözləri ilə gördülər. Şad oldum ki, onlar Qarabağda yaşayan əhalinin yaşayışı ilə yaxından tanış oldular. Bu missiya həmçinin yeni həmsədrlərin hazırki vəziyyətlə yaxında tanış olmalarına köməklik göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə