Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycan Respublikasında səfərdə olacaq.
SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.
Qeyd edək ki, mətbuat konfransı nəzərdə tutulmayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB