Nazir Elmar Məmmədyarov Venesuela, Mavritaniya, Zambiya, Oman, Meksika, Bosniya və Herseqovinanın yeni səfirlərini qəbul edib

Nazir Elmar Məmmədyarov Venesuela, Mavritaniya, Zambiya, Oman, Meksika, Bosniya və Herseqovinanın yeni səfirlərini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Venesuela, Mavritaniya İslam Respublikası, Zambiya, Oman Sultanlığı, Meksika Birləşmiş Ştalları və Bosniya və Herseqovinanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Devid Nieves Velaskes Karaballoya, Sidi Mohammed Ould, Patrik Nailobi Sinyinzaya, Qeys bin Salim bin Əli Al Səid, Jaime Enrike İnosensio Qarsiya Amarala və Draqolyub Lyepoyayanı qəbul edib.

XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, etimadnamənin surətini təqdim edən diplomatlar ölkəmizə səfir təyin olunmalarından məmnun olduqlarını qeyd ediblər. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaqlar əlaqələrin dərinləşməsi istiqamətində çalışacaqlarını bildiriblər.

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunmaları münasibətilə diplomatları təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə