2011-ci il dövlət büdcəsi layihəsində neftin qiyməti 60 dollar müəyyən edilib

2011-ci il dövlət büdcəsi layihəsində neftin qiyməti 60 dollar müəyyən edilib
"2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, gələn il üçün sosial xərclər ümumi xərclərin 33,3 faizini təşkil edəcək. SİA-nın məlumatına görə, layihədə 2011-ci ilin dövlət büdcəsinin gəlirlərini 12 061 000,0 manat, xərclərini 12 748 000,0 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 manat, yerli gəlirləri 447 041,8 manat və mərkəzləşdirilmiş xərcləri 11 440 460,0 manat, yerli xərcləri 1 307 540,0 manat) məbləğində təsdiq etmək nəzərdə tutulur. Dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi 690 000,0, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 210 000,0, əlavə dəyər vergisi 2 121 600,0, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 818 000,0, aksiz vergisi 495 000,0 manat həcmində göstərilib.

Qeyd edək ki, dövlət büdcəsində bir barel neftin qiyməti 60 dollar məbləğində müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə