Angela Merkel: "Kiprin həlli Türkiyə və Avropa ilə yanaşı, eyni zamanda bölgənin xeyrinə olacaq"

Angela Merkel: "Kiprin həlli Türkiyə və Avropa ilə yanaşı, eyni zamanda bölgənin xeyrinə olacaq"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Berlində Almaniyanın baş naziri Angela Merkellə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyü, Kipr probleminin həlli məsələləri müzakirə edilib.

Görüşdən sonra almaniyalı həmkarı ilə birgə mətbuat konfransı keçirən Türkiyənin baş naziri ölkəsinin AB-yə üzvlüyü məsələsinin tez bir zamanda həll olunmasının vacibliyini bildirib. Ərdoğan Almaniyadan xüsusilə şagird, elm adamları, iş adamları üçün viza əldə edilməsinin asanlaşdırılmasını istəyib: "AB-nin üzvlük məsələsində verdiyi sözlərə güvənirik. Biz Türkiyənin AB-yə üzvlüyünün tez bir zamanda həll olunmasını gözləyirik. Bununla yanaşı, elm adamları, şagirdlər Almaniyadan viza almaqda bir sıra çətinliklərlə üzləşirlər. Mən Almaniya tərəfindən bu problemin aradan qalxmasını, viza verilməsinin asanlaşdırılmasını xahiş etmişəm".

Fransa dövlətinin başçısı Nikola Sarkozi ilə birlikdə Türkiyənin AB-yə üzvlük verilməsini müdafiə etdiklərini deyən Angela Merkel, müzakirələrin müddətinin bəlli olmadığını bildirib. Alman baş nazir Kipr probleminin həll olunması üçün hər iki tərəfin də səy göstərməli olduğunu bildirib: "Kiprin həlli Türkiyə və Avropa ilə yanaşı, eyni zamanda bölgənin xeyrinə olacaq. Eyni zamanda bu məsələ NATO ilə AB arasında təhlükəsizlik əməkdaşlığı baxımından da əhəmiyyətlidir. Amma bu problemin həll olunması üçün hər iki tərəf hərəkətə keçməlidir. Mən bu məqsədlə gələn ilin yanvarında Kiprə səfər edəcəyəm. Səfər zamanı problemin həll olunmasına çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə