Elmar Məmmədyarov həmsədrlərlə görüşür

Elmar Məmmədyarov həmsədrlərlə görüşür

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirir. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"dəki səhifəsində yazıb.

Görüşdə həmsədrlər Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şoferlə (ABŞ) yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə