Mixail Saakaşvili: “Dəyərim 100 il sonra bilinəcək”

Gürcüstan prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustundakı Gürcüstan-Rusiya müharibəsindən bu yana ilk dəfə rus mətbuatına açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, "dəyərim 100 il sonra bilinəcək, Atatürk kimi" deyib.

 

M.Saakaşvili liderlərin müvəffəqiyyət göstəricisinin anketlərlə deyil, gördükləri işlərin nəticəsi ilə müəyyənləşdirilməli olduğunu bildirib. Gürcü lider açıqlamasına "xalqın siyasətçini anlaması üçün 30 il, hətta bəzən Atatürk kimi 100 il gözləməsi lazımdır" sözlərini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə