Deputatın kitabı Romada təqdim olunacaq

Deputatın kitabı Romada təqdim olunacaq

Milli Məclisin deputatı Eldar Quliyev noyabrın 10-dan 12-dək İtaliyanın paytaxtı Roma şəhərində səfərdə olacaq. Milli Məclisdənm SİA-ya verilən xəbərə görə, burada millət vəkilinin müəllifi olduğu “Qlobal qida təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabın təqdimatı keçiriləcək.

Kitab Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət heyətinin qərarı ilə Almaniyada nəşr edilib.

Tədbirdə Eldar Quliyev Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü diplomu ilə təltif olunacaq. Eyni zamanda, ona yuxarıda adı çəkilən kitabına görə “İlin kitabı” mükafatı təqdim ediləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə