Mərkəz sədri: “Rusiyanın mövqeyini konstatasiya etmək olar” MÜNASİBƏT

Mərkəz sədri: “Rusiyanın mövqeyini konstatasiya etmək olar” MÜNASİBƏT

“Rusiyanın Fars körfəzində mövqeyini möhkəmləndirdiyini konstatasiya etmək olar”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, RF Yaxın Şərq istiqamətində daha uğurlu siyasət qurmağa nail oldu: “Səudiyyə Ərəbistanının kralı Salman ben-Əbdül Əziz əl-Saud tarixdə ilk dəfə olaraq Rusiyaya rəsmi səfərə gəldi. İran faktoruna görə bu iki ölkənin yaxınlaşması qarşılıqlı faydalıdır. Bəzi məlumatlara görə kralın dörd günlük səfərini razılaşdırmaq üçün RF Kremlin daxili quruluşunda müəyyən dəyişikliklər edib. Kral elektromobillə gəzir. Silah ticarəti və neft sahəsində birgə əməkdaşlıq məsələsi ciddi müzakirə edildi. RF müdafiə naziri S.Şoyqu kralla görüşdü.

Rusiya prezidenti Vladimir Putin Qətərin maliyyə naziri Əli Şərif əl-İmadi ilə “Rusiya çağırır” forumu çərçivəsində ayaqüstü görüşdü. RF ərazisində keçirilən bu tədbirdə Qətərin iştirakı qarşılıqlı marağın göstəricisidir. Az keçmiş RF müdafiə naziri S.Şoyqu Qətərə rəsmi səfər etdi. Qətər əmiri Təmim ben-Həməd əl-Tani ilə qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə etdi. S.Şoqyu Qətərə Filippindən gəlmişdi. Əmir Filippindəki vəziyyəti müzakirə etdi. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri razılaşdırıldı.

Bəhreyn RF-dən S-400 ZRK-lar almaqla bağlı danışıqlar aparır.

Ümumilikdə götürdükdə Rusiyanın Fars körfəzində mövqeyini möhkəmləndirdiyini konstatasiya etmək olar. Suriyada apardığı əməliyyatlar buna xidmət edir. Diqqət çəkən məsələlərdən biri də Rusiyanın kürd məsələsində tutduğu mövqedir. RF yalnız ritorik olaraq İraqın ərzi bütövlüyünü dəstəklədi. RF “Rosneft” vasitəsilə İraq Kürdüstanındakı neft yataqlarında bundan sonra da iş aparacaqlarını aşkar şəkildə bəyan etdi. RF Xİ naziri S.Lavrov Rusiya şirkətlərinin İraq Kürdüstanında işləməsinə İraq tərəfdən etiraz edilmədiyini bildirdi. Prezident V.Putin RF-in kürdlərlə tarixən yaxşı münasibətdə olduğunu bildirdi.

Ümumdünya patriarxı Varfolomey RF-in Türkiyədəki səfirliyinə baş çəkdi. Bu sovet və rus diplomatik missiyasının mövcud olduğu dövrdə ilk dəfə baş verdi. Konstantinopol patriarxlığı pravoslavlar üçün ümumdünya patriarxlığı hesab edilir. RF-in Yaxın Şərqdə apardığı siyasət görünür Konstantinopol patriarxı Varfolomeyi bu addıma şirnikləşdirib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə