Kreml Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyini təsdiqləyib. SİA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov açıqlayıb.
" Görüşə hazırlıq gedir. Kifayət qədər az müddət qalıb. Rusiya-Türkiyə danışıqları müntəzəm olaraq keçiriləcək"- deyə, Peskov açıqlayıb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyə prezidentinin Rusiyaya son səfəri cari ilin mayın 3-də baş tutub. Prezidentlər Soçidə ikitərəfli səfərlər, gündəmdə olan məsələləri müzakirə ediblər.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB