Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 10.50-dən 11.00-dək, 17.25-dən 17.50-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.15-dən 11.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.25-dən 20.00-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 22.35-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 11.15-dən 11.50-dək və oktyabrın 8-də saat 05.10-dan 05.20-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə