Məlum olduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Valdimr Putin arasında nöbəti görüş keçiriləcək. Hər iki dövlət başçılarının bir araya gələcəyini hələ Bakıdan qayıdan zaman təyyarədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirmişdi. Qardaş ölkənin prezidentinin məlum açıqlamasından sonra bu günlərdə Valdimr Putinin sözcüsü Dimitriy Pekov da Kremldə Putin-Ərdoğan danışıqlarının reallaşacağını və məlum görüşün noyabr ayının 13-də baş tutacağının anonsunu verdi.
Müzakirələrdə bir sıra məsələlərin diqqət mərkəzində olcağı gözlənilsə də ilkin məlumatlara görə, iki lider arasında əsas danışıqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yer alacağı deyilir. Bəs hər iki liderin Mokva görüşündən nə gözləmək olar?
Azərbaycan siyasi dairlərində Ərdoğan-Putin görüşünün Qağlıq Qarabağ probleminin həllinə təsiri ilə bağlı fikirlər müxtəlifdir. Müəyyən siyasi şərhçilər tərəfindən Türkiyə prezidentinin Moskva səfərinin münaqişənin sülh yolu ilə, ədalətli həllinə elə də ciddi təsir etməyəcəyini düşünsələr də, müəyyən qisim Türkiyənin Azərbaycanın maraqlarını növbəti dəfə qorumaqla Ərdoğanın Moskva səfərini Rusiyaya mesaj kimi xarakterizə də edilir. Daha da açıq desək konfiliktin sülhlə bitməsinə suni maneyələr yaradan, danışıqların motivini dəyişən Ermənistanın əməllərindən yiyiəsinə xəbərdarlıq edilə bilər. Bakının mümkün anti-terror əməliyyatlarına başlayarsa Ankaranının Azərbaycanın yanında olacağı dəqiq olduğundan Ərdoğan Türkiyə faktorunu yenindən Putinin diqqətinə çatdıracaq desək yanılmarıq. Yəni ikinci Qarabağ savaşı Rusiya-Ermənistan və Azərbaycan arasında keçməyəcək. Aktiv hərbi fazaya keçid bütün regionu əhatə etməklə bərabər ağır nəticələri də özü ilə gətirə bilər. Hər bir halda Moskva danışıqları Qarabağ məsələsinin həllində müəyyən təsir göstərəcək.
Rusiya üçün Azərbaycan amili və şimal qonşumzun iqtisadi maraqlarının təmin edilməsi istiqamətində Bakının əhəmiyyəti də ön planda dayanır. Kreml Azərbaycanın reallaşdırdığı iri layihələrdə iştirak etmək üçün can atır və bu layihələrdən öz payını qoparmağa çalışır. Üstəlik Avropa və ABŞ-ın Rusyanı iqtisadi blokadaya saldığı və məngənənin Moskva üçün getdikcə daraldığı bir ərəfədə Azərbaycanın iri iqtisadi proqramlarından yaralanması xüsusi əhəmiyyətə malikdir. Reallıq ondan ibarətdir ki, Azərbaycanın itirəcəyi heç nə yoxdur. Kreml bir başa olmasa da, Dağlıq Qarabağın işğal planında əsas ssenarist olaraq qalır. Bu faktır və Azərbaycan xalqı Rusiyanın siyasi gedişlərinin nə ilə nəticələndiyini gördü. İndi Moskvanın Bakını işğal etməyə siyasi gücünün yetmədiyi, Azərbaycanın isə Rusiyadan asılı olmadığı aydındır. Bu baxımdan Bakı Asiya və Avropa üçün hər bir dövlətin əsas qazanc mənbəyi kimi baxdığı layihələrdən Moskvanı niyə də kənarlaşdırmasın. Axı Azərbaycan öz iri layihələrini heç bir dövlətdən çəkinmədən, öz müstəqil siyasəti və siyasi gücü ilə reallaşdıra bildi. Ümid edək ki, yaxın zaman kəsiyində Rusiya Azərbaycanın müttəfiqlik istəyinə isti yanaşacaq. Və Bakının qarşılıqlı etimada dayanan iqtisadi, hərbi, siyasi əməkdaşlığına eyni səmimiyyətlə qarşılıq verəcək. Bu həm region üçün və önəmlisi Rusiyanın Azərbaycandakı nüfuzuna tam fərqli təsir edə bilər.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB