Edvard Qriqoryan nəyi deməyə macal tapmadı? FAKT

Edvard Qriqoryan nəyi deməyə macal tapmadı? FAKT

Şahid öldü, yoxsa öldürüldü?

Ermənistan parlamentində 18 il öncə terror törətmiş və sağ qalaraq ömürlük həbsə məhkum edilmiş Edvard Qriqoryanın “ürək çatışmazlığı doqanozu” ilə öldüyü bildirilir. SİA xəbər verir ki, bir sıra erməni KİV-ləri bu şəxsin öz əcəli ilə ölməsi xəbərinin həqiqətə uyğun olmadığını yazırlar. Belə ki, 1in.am saytında olayla bağlı qeyd olunur ki, Qriqoryanın ölüm faktında səslənən rəsmi versiyaya cəmiyyətin əsas seqmentində haqlı şübhələr yaradıb. “Ötən 18 ildə hakimiyyət 27 oktyabr hadisəsi ilə bağlı olan təşkilatçıların bütün izlərini silmək üçün bütün mümkün vasitələrdən istifadə ediblər”-deyə yazan saytın siyasi şərhçisi Sarqis Artsruniyə görə, artıq ölmüş Edvard Qriqoryan 27 oktyabr gülləbaranının əsas fiqurantlarından olsa da, birincisi və axrıncısı deyil: “Elektrik ustası Norayr Yegizaryan 27 oktyabr hadisələrində şübhəli şəxs olub və 2000-ci ildə “Nubaraşen” həbsxanasında, rəsmi versiyaya görə cərəyan vurması nəticəsində həyatını itirib.

Digər iştirakçı olan Vram Qalstyan davamlı olaraq siqnallar verirdi ki, onu özünə qəst etməyə sövq edirlər və nəticədə 2004-cü ildə Qalstyan “özünü öldürdü”.

Vram Qalstyanın “özünə qəsdindən” sonra, elə həmin il Ermənistan parlamentinin deputatı olmuş və 27 oktyabr hadisələrinə görə həbs edilərək, sonradan azalığıa buraxılmış Muşeq Movsisyan Aparan-Yerevan avtoyolunda “avtomobil qəzasına” düşərək həlak olur.

Yenə də 2004-cü ildə ABŞ-da və yenə də “avtomobil qəzasında” sözügedən hadisələrlə bağlı şahid qismində dindirilən Roza Ovannisyan həyatını itirir.

Həmin il Ermənistan parlamentinin binasında parlamentin pasport şöbəsinin əməkdaşı, 27 oktyabr gülləbaranı hadisəsində şahid kimi tanınan 45 yaşlı Asmik Abraamyan “özünü asaraq intihar edir”.

2010-cu ilin mayında isə “Nubaraşen” həbsxanasında hadisələrdə təqsirli bilinərək 14 il həbs cəzası almış Hamlet Stepanyanın yatağında meyiti tapılır. Onun həbs müddəti 2012-ci ildə başa çatırdı.

2014-cü ildə sözügedən hadisələrin əsas şahidlərindən hesab edilən və Ermənistanın Milli Televiziyasının müxbiri və şərhçisi olmuş Tiqran Nazaryan ABŞ-da ölür. Deyilənlərə görə, gülləbarana qədər o, Robert Köçəryanın ətrafında əsasa əlaqələndirici olub, hətta hadisədən sonra Köçəryanla və s. hakimiyyət nümayəndələri ilə görüşdə də iştirak edib.

Bütün ölümlər şübhəli vəziyyətlərdə baş verib və belə qənaətə gəlmək mümkündür ki, 27 oktyabr parlament gülləbaranında Ermənistan hakimiyyətinin və Rusiya xüsusi xidmət orqanlarının əli var”.

Beləliklə, parlamentdə baş vermiş qanlı hadisələrdə müxtəlif şübhəli məqamlarda həyatlarını itirmiş iştirakçı və şahidlər barədə məlumatları qeyd edən Sarqis Artsruni sonuncu şəxsin – Edvard Qriqoryanın ölümündən qabaq səsləndirdiyi fikirlərini ictimailəşdirib. “27 oktyabr hadisələrinin 18-ci ildönümünə az qalmış o söz vermişdi ki, bir çoxlarını məyus edəcək və bu günə qədər heç vaxt danışılmamış qalan faktları dərc etdirəcək”-deyə yazan erməni şərhçi əlavə edib ki, məlum olmayan bir məsələ var: “Qriqoryan məhz nəyi açıqlamağa hazırlaşırdı, yaxud onun deyəcəyi sözlər həqiqətənmi qiymətli idi? Hər halda fakt budur ki, o ötən gecə “öldü” və faktları deməyə macal tapmadı. Artıq belə bir təəssürat oyanır ki, Qriqoryanın susmasında kimlərsə maraqlı olub”.

Nəticədə şərhini məhz bu istiqamətdə başa çatdıran Sarqis Artsruni sonda qeyd edir ki, Serj Sarkisyan hakimiyyəti Qriqoryanın öz əcəli ilə öldüyünü, yaxud öldürülmədiyini sübuta yetirmək üçün inandırıcı faktlar ortaya qoymalıdır. Əks halda cəmiyyət 27 oktyabr parlament gülləbaranı ilə bağlı səslənən və bu hadisədə xüsusilə hazırkı və öncəki iqtidarlarınm əli olduğu səslənən fikirlərə daha çox inanacaq. “Digər tərəfdən, Robert Köçəryanla Serj Sarkisyan hakimiyyətləri arasındakı əlaqələr onların Rusiyaya bağlı siyasətlərindən də bəllidir. İstisna etmək olmaz ki, Moskva 27 oktyabr hadisələrinin izlərini silməkdə davam edir və bununla göstərməyə çalışır ki, əslində 18 ildir bu ölkənin (Ermənistanın-R.N.) əsl sahibi odur”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə