Səfir: “Türkiyə Dağlıq Qarabağ və işğal olunmuş torpaqlar məsələsinə görə çox narahatdır”
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ATƏT-in faktaraşdırıcı missiyasının bu gündən başlayan fəaliyyətinə münasibət bildirib. SİA-nın xəbərinə görə, H.Kılıç jurnalistlərə açıqlamasında qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ və işğal olunmuş torpaqlar məsələsinə görə çox narahatdır. Onun sözlərinə görə, bölgənin inkişafı üçün bu problemin aradan qalxması lazımdır.
"Bu baxımdan Dağlıq Qarabağ bölgəsindəki sülh, əmin-amanlıq və inkişaf üçün tezliklə problemin həll edilməsini arzulayırıq. Burada haqsızlıq var. Azərbaycanın torpaqları işğal altındadır. BMT-nin bununla bağlı 4 qətnaməsi var. Amma başqa ölkələr də bu məsələyə daha çox diqqət göstərməlidir. Biz də istəmirik ki, qonşularımızla problem olsun. Amma Azərbaycanın işğal edilmiş torpaqlarının işğaldan azad edilməsi, Dağlıq Qarabağ probleminin həll yolunun tapılması lazımdır. Biz bunu istəyirik" , - deyə o əlavə edib.
Ermənistan-Türkiyə sərhədində yerləşən Üçmüədzin kilsəsində namaz qılınması ilə bağlı sualı cavablandıran səfir bildirib ki, bu, Türkiyədəki bir partiyanın fəaliyyətidir: " Bu barədə heç nə deyə bilmərəm. Partiya belə qərar qəbul edib, bu qərara hörmətlə yanaşmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə