Putin və Ruhani aralarında nə danışdı?

Putin və Ruhani aralarında nə danışdı?

İranda səfərdə olan Rusiya prezidenti Vladimir Putin ölkə prezidenti Həsən Ruhani ilə görüşüb.

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ikitərəfli görüş Saadabad sarayında baş tutub.

Görüş zamanı V. Putin iranlı həmkarına İran-Rusiya-Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün təşkili üçün təşəkkür edib.

H. Ruhani isə öz növbəsində regionda sülhün və sabitliyin təmin olunmasında İran və Rusiyanın mühüm rolunu vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə