“1994-ü ildə imzalanan "Əsrin müqaviləsi"nin müddətinin uzadılması Azərbaycanın dünyada artan nüfuzunu bir daha təsdiq edir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bugünkü iclasında “ Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməs haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bundan öncəki sazişin vaxtının birtməsinə uzun müddət qalmasına baxamayaq. Azərbaycan tərəfi bu sazişin vaxtının uzadılması təklif edib, bu öhdəliyi öz üzərinə götürüb. Digər şirkətlər də bu təşəbbüsü müsbət qarşılayaraq Azərbaycanın böyük nüfuza malik olduğunu və ölkəmizin bu istiqamətdə apardığı siyasəti dəstəkləyirərək buna razılıq veriblər. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticələrdir”-deyə deputat bildirib.
Onun sözlərinə görə. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana heç də asan başa gəlməyib: “Bildiyiniz kimi sazişin uzadılması ilə bağlı mrəasim 14 sentyabr tarixində Bakıda reallaşıb. Ondan bir neçə gündən sonra Azərbaycan Avropa Şurasının baş katibi tərəfindən şantaj edilməyə başlandı. Bir sıra dairələr Azərbaycanın öz neftinin sahibi olmasından razı qala bilmirlər. Lakin Azərbaycan kimin bundan necə narat olduğunu düşünmür, addımlarını öz maraqlarına uyğun şəkildə atır. Bundan öncə Bakı- Tbilisi -Ceyhan layihəsində də ölkəmizə qarşı təzyiqlər var idi. Lakin müqavilə bağlandı və hazırda layihə işləyir”.
“Əsrin müqaviləsi”nin uzadılması ilə bağlı sazişin təsdiqlənməsi tarixi ilə ötən gün Bakı-Tbilisi-Qars dəmiryolunun açılmasna təsadüf etdiyini deyən deputat söyləyib ki, BTQ dəmiryolunun açılması bir daha göstərdi ki, Azərbaycanın təşəbbüsləri stratejidir: “Vaxtilə bu layihələrə etiraz edənlər bu gün onları dəstəkləyirlər. Bu da o deməkdir ki, Azərbaycanın apardığı siyasət, digər ölkələrin maraqlarına da xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB