Azərbaycanın fövqəladə hallar naziri Qazaxıstanda səfərdədir

Azərbaycanın fövqəladə hallar naziri Qazaxıstanda səfərdədir

Azərbaycanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Qazaxıstanda səfərdədir. SİA-nın Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Astanada iki ölkənin fövqəladə hallar nazirləri Vladimir Bojko və Kəmaləddin Heydərovun görüşü keçirilib. Görüşdən sonra nazirlər Azərbaycan və Qazaxıstan arasında mülki müdafiə, fövqəladə hallarda xəbərdarlıq və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

 

Nazirliklər arasında həmçinin 2011-2012-ci illərdə əməkdaşlığa dair kompleks planın imzalanması da nəzərdə tutulub. V. Bojko və K. Heydərov elmi-texniki əməkdaşlıq sahəsində birgə müəssisələrin yaradılması, fövqəladə hallarla bağlı birgə elmi-praktik konfransların və seminarların keçirilməsi, ətraf ərazilərdə və su obyektlərində mümkün fövqəladə hallar haqqında məlumat bazasının yaradılması, Xəzər dənizi hövzəsi və sahilyanı ərazilərdə neft çirklənmələri və digər qəzalarla əlaqədar insidentlərə operativ reaksiya verilməsi üçün birgə işlər aparılması məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə