ATGTİ nüymayəndəsi Beynəlxalq “Rodoss Gənclər Forumunda” iştirak edir

ATGTİ nüymayəndəsi Beynəlxalq “Rodoss Gənclər Forumunda” iştirak edir

3-11 oktyabr 2010-cu il tarixlərində Yunanınstanın Rodoss adasında 2009-cu ildə təsis edilmiş "Sivilizasiyalararası Dialoq" Dünya İctimai Forumunun təşəbbüsü ilə Beynəlxalq "Rodos Gənclər forumu" keçirilir.

SİA-nın məlumatına görə, Forumun keçirilməsinin əsas məqsədi gənclərin qlobal problemlərin analizində yaxından iştirakını təmin etmək, problemlərin həllində gənclərin fikirləri ilə tanış olmaqdır. Forumda Avropa, Asiya və Afrikanın mütəlif ölkələrini, Rusiya, ABŞ və MDB-ni təmsil edən 400 gənc iştirak edir.

Forum çərçivəsində iştirakçılara müxtəlif istiqamətli sosial təlimlər keçiriləcək, eyni zamanda iştirakçılar müasir ailə dəyərləri, informasiya texnologiyalarının cəmiyyətə təsiri mövzularında fikir mübadiləsi aparacaqlar. İştirakçılar forum ərzində Yunanıstan mədəniyyəti ilə də yaxından tanış olacaqlar.

Forumun sonunda bütün iştirakçılar genişmiqyaslı interaktiv oyunda iştirak edəcəklər. Oyunda onlar müasir dövrümüzdə bəşəriyyətə təsir edəbiləcək sosial hadisələri analiz edəcəklər. Yekun nəticə kimi, forum iştirakçıları müzakirə olunan problemlərlə bağlı video-müraciət hazırlayacaq və onu təqdim edəcəklər.

Beynəlxalq "Rodos Gənclər forumu" da Azərbaycan tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Rəna İbrahimova iştirak edir. R.İbrahimova forumda ATGTİ haqqında təqdimat nünayiş edəcək və Azərbaycan gənclərinin qlobal problemlərin həllinə dair fikirlərini çatdıracaq.

Qeyd edəki ki, Forum BMT-nin 2010-2011-ci illəri "Gənclər İli" elan edilməsi çərçivəsində keçiriləcək tədbirlər planına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə