BMT-nin baş katibi Antoniu Quterreş oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü alqışlayıb. SİA-nın məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, ümumdünya təşkilatının rəhbəri Cenevrədə keçirilən yüksək səviyyədə görüşü alqışlayır: "O, prezidentlərin danışıqlar prosesinin gücləndirilməsi üçün tədbirlər görməyə və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmağa dair gəldikləri razılaşmanı dəstəkləyir".
Quterreş BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bildirib və tərəfləri sammitin müsbət təkanlarına əsaslanaraq, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB