Zakir Həsənov Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub
Oktyabrın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB