Rusiyalı siyasi ekspert: “Ermənistan və Rusiya yeni blok yaratmalıdır” - MÜNASİBƏT

Rusiyalı siyasi ekspert: “Ermənistan və Rusiya yeni blok yaratmalıdır” - MÜNASİBƏT

"Ermənistan və Rusiya yeni ikitərəfli blok yaratmalıdır". SİA-nın verdiyi məlumata görə, bu sözləri "Rusiya-Ermənistan strateji əlaqələri" mövzusunda keçirilən telekörpüdə Strateji İnkişafın Modernləşdirilməsi Mərkəzinin vitse-prezidenti Qriqoriy Trofimçuk deyib. O, bildirib ki, dünyada yalnız iki dövlətin daxil olduğu əməkdaşlıq blokları fəaliyyət göstərir və sözügedən blok həmin təşkilatlara alternativ ola bilər.

 

Ekspert hesab edib ki, Rusiya və Ermənistan Cənubi Qafqazda yeganə təhlükəsizlik strategiyasını inkişaf etdirməlidirlər. Qriqoriy Trofimçukun sözlərinə görə, Belorus istisna olmaqla postsovet ölkələrindən yalnız Ermənistan Rusiyaya loyal mövqedədir. Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı bir müddət əvvəl imzalanan protokola da toxunan ekspertin qənaətinə görə, bu hərbi baza Ermənistan ilə yanaşı Gürcüstan və Azərbaycan üçün də vacibdir: "Rusiya regiondadırsa, regionun kim tutacaq? Rusiyanın Qafqazda yerləşməsində Türkiyə də maraqlıdır. Rusiya olmasaydı, Qara dəniz çoxdan ABŞ-ın dənizinə çevrilmiş olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə